manera.az
manera.az

Şahmar Əkbərzadə adına Ədəbiyyat Mükafatının yeni laureatları

Şahmar Əkbərzadə adına Ədəbiyyat Mükafatının yeni laureatları
Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2019-cu il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin bildirdiyinə görə, bu ilki laureatların siyahısı Kojogeldi Gültekin (Qırğızıstan), İlqar Fəhmi, Musa Ələkbərli, Xanəmir Telmanoğlu, Yusif NəğməkarElnarə Akimovadan ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 19 ildir ki, hər il onun doğum günü ərəfəsində bir nəfər görkəmli xarici ölkə şairinəvə bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.

Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.

İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Azər Turan, Əjdər Ol, Fərid Hüseyn və digər şair və ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829