manera.az
manera.az

"Varlığım bütün türk varlığına ərməğan olsun!" - Deptatlığa namizəd

"Varlığım bütün türk varlığına ərməğan olsun!" - Deptatlığa namizəd
"Harada bir türk varsa, o türkün olduğu yer mənim ünvanımdır","Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"- bu sözləri 9 Fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsindən namizəd olan Balayev İbrahimxəlil Nəriman oğlu deyir.

Onun Milli Məclisi deputatlığına namizədliyini verməsi xəbəri bir çox qruplarda geniş müzakirə doğurub. Dünyanın bir çox ölkələrində yaşayan ziyalılar onun bu addımını alqışlamaqla bərabər, adının Şəkinin ən ünlü şəxsiyyətləri ilə yanaşı çəkilməyi haqq edən biri olduğunu da söyləyiblər:
"Azərbaycan tarixinin çətin sınaqlardan keçdiyi bir dönəmdə bizi həm ölkə daxilində, həm də dünyada təmsil edəcək, siyasi polemika arenalarında sözünü deyə biləcək belə təcrübəli ziyalılara ehtiyacımız var. İbrahim Xəlil Balayoğulları bütün MDB ölkələrində və türk dünyasında sayılan, seçilən, tanınan ziyalılarıımızdandır. O olmayacaq da, kim olacaq?!" - deyərək öz sevgilərini bildiriblər.

Onu da qeyd edək ki, "Mandat xalqa, millətə xidmətə yardım edəcək bir vasitədir"- deyən hüquqşünas alim İbrahim Xəlil Balayoğulu mandatsız da xalqına, millətinə xidmət etdiyini hər zaman öz əməllərinlə göstərib.

Türk dünyasının məşhur ziyalısı Balayev İbrahimxəlil deputatlığa namizəd kimi 18 yanvar 2020-ci ildən etibarən Şəkidə, oz doğma torpağında kəndbəkənd, qapı-qapı gəzərək seçki platformasının nüsxələrini paylamağa başlayıb. Belə ki, Birinci Biləcik (1052 seçici, 414 təsərrüfat), İkinci Biləcik (830 seçici, 303 təsərrüfat), Baqqal (343 seçici, 127 təsərrüfat), Cunud (686 seçici, 246 təsərrüfat), Qumux (539 seçici, 325 təsərrüfat) və Baş Layısqı (1408 seçici, 685 təsərrüfat) kəndlərini gəzmiş seçiciləriylə söhbət edərək, özünü tanıtmış, sakinlərin problemini dinləmişdir.

Balayev İbrahimxəlil Nəriman oğlu kimdir? - VİDEO

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829