manera.az
manera.az

Sami Yusuf Azərbaycana mahnı həsr etdi - VİDEO

📅 01.01.2020 12:49

Sami Yusuf Azərbaycana mahnı həsr etdi - VİDEO
Dünyaca məşhur, əslən Cənubi Azərbaycandan olan müğənni Sami Yusuf “Youtube” rəsmi kanalında “Azərbaycan” adlı bəstəsini təqdim edib.

Manera.az xəbər verir ki, sözügedən mahnını Sami tək deyil, duet şəklində Əməkdar artist Sevda Ələkbərzadə ilə birgə ifa edib.

Bununla yanaşı, bəstədə aşıq vokal hissəsini Əməkdar artist Samirə Əliyeva, muğam parçalarını Əməkdar artist Təyyar BayramovKənan Bayramlı səsləndirib.

Qeyd edək ki, yayımlanan videogörüntü iyunun 30-da Bakıda Heydər Əliyev Mərkəzində baş tutan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin bədii hissəsindəndir. Həmin tədbirdə Sami Yusufun Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin yazdığı “Sığmazam” qəzəlinə oxuduğu mahnı izləyicilər tərəfindən rekord baxış toplayıb.

Sami Yusuf - Azerbaijan - VİDEO


Baxış sayı - 904 | Yüklənmə tarixi: 01.01.2020 12:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031