manera.az
manera.az

Nəsiminin "İraq Divanı" Türkiyə türkcəsində

📅 09.09.2019 12:09

Nəsiminin "İraq Divanı" Türkiyə türkcəsində
Mədəniyyət Nazirliyinin "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi çərçivəsində professor Qəzənfər Paşayevin tərtibçisi olduğu "İmadəddin Nəsimi. İraq Divanı" kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

Nazirlikdən Manera.az-a bildirilib ki, "Zəngin Yayınçılıq" nəşriyyatı tərəfindən 2000 ədəd tirajla çap olunan "İraq Divanı" Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunub.

"İraq Divanı"nı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib. "İmadəddin Nəsimi. İraq Divanı" Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanmış "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı"nın icrası məqsədilə çap olunub.

"İmadəddin Nəsimi. İraq Divanı" "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 42-ci kitabdır.

MANERA.AZ


Baxış sayı - 1 790 | Yüklənmə tarixi: 09.09.2019 12:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930