manera.az
manera.az

"Qələmsiz yazılanlar"ın Türkiyə nəşri - Təqdimat

"Qələmsiz yazılanlar"ın Türkiyə nəşri - Təqdimat
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və publisist Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabı Türkiyədə çap olunub.

Bir müddət öncə Bakıda "Qanun" nəşriyyatında işıq üzü görən kitab bu dəfə Türk Ədəbiyyatı Vəqfi vasitəsilə türkiyəli oxucularla görüşür. Kitabın təqdimat mərasimi noyabrın 23-də Vəqfin binasında keçiriləcək.

"Qələmsiz yazılanlar"ı Türkiyə türkcəsinə yazıçı, tərcüməçi İmdat Avşar çevirib. Silsiləni yeni ədəbi janr adlandıran tərcüməçinin kitab haqqındakı fikirləri olduqca maraqlıdır: "Yaşadığımız dünya 1980-ci illərdən etibarən hər sahədə böyük dəyişikliklərə səhnə olub. Modern dünyanın inşa etdiyi "dəyərlər" bir-bir mənasını itirməyə başladı. Çağdaş insan bu dəyişiklərin gətirdiyi yeniliklərə öyrəşməkdə çətinlik çəkməyə başladı və bu əsaslı dəyişim dalğası alışdığımız bütün dəyərləri bir "dəyişim seli"nə qatıb böyük bir boşluğa sürüklədi. Son 30-40 ildə sürətlə artan informasiyanın yenə eyni sürətlə yayılması dünyanı kiçik bir kəndə döndərdi. İnformasiyanın sürətlə artması, onun texnologiyaya çevrilərək bütün dünyaya yayılması insanların həyatına önəmli şəkildə təsir göstərdi. Modernimzə qarşı çıxan Postmodern düşüncə, modernizmin bitdiyini, onun yaratdığı standart dəyərlərin cəmiyyəti təmsil edə bilmədiyini dilə gətirməyə başladı. Beləcə, ədəbiyyat və sənətin də çağdaş dövrə cavab vermədiyini iddia etdilər. Və fəlsəfədən sosiologiyaya, ədəbiyyatdan sənətə qədər bütün dəyərlərin dövrün tələblərinə uyğun yenidən şəkilləndirilməli olduğunu müdafiə etməyə başladılar. Çoxları bu düşüncələrə qarşı çıxaraq, modernizmi məğlub etməyin mümkün olmadığını desələr də, dünyanın, cəmiyyətin, insanın gözləntilərinin dəyişməsi ədəbiyyat və sənətdə də dəyişməyi məcburi hala gətirdi...

Rəşad Məcidin "Qələmsiz yazılanlar"ı ədəbiyyata yeni tələbləri, yeni anlayışı ortaya qoyan ilk əsərlərdən biri, hətta birincisidir.

Bəzi yazıçı və şairlər içinə düşdüyü vəziyyəti qavramağda və dəyişikliyə ayaq uydurmaqda çətinlik çəkir, dövrün dəyişiklik kodlarını çözərək bu tələblərə uyğun əsərlər ortaya qoya bilmirlər. Beləcə postmodernçilərin tez-tez vurğuladıqları kimi, dəyişikliyə ayaq uydura bilməyən yazıçı, sənətçi və elm adamının "istifadə müddəti bitir".

R.Məcid, içində yaşasaq da, çoxumuzun anlamadığı yenilik dalğasını öncədən görən, bu yeniliyin ədəbiyyatdan tələblərini sezən və buna görə özünü yeniləyən bir şair, yazıçı olaraq qarşımıza çıxır. Bir çox şair, yazıçı, sənətçi facebook, instagram və digər sosial şəbəkələrdə nələrsə yazıb paylaşsalar da, Rəşad Məcidin "Qələmsiz yazılanlar"ına qədər bu mesaj və paylaşımların əslində yeni bir ədəbi janr olaraq görülə biləcəyini kəşf edə bilməmişdi.

R.Məcid çağın və postmodern cəmiyyətin insanlarının maraq və ehtiyaclarını, tələblərini hamımızdan öncə sezərək ədəbiyyatda yeni bir janrın inşasını yaradıb, sosial medianı bir ədəbiyyat məkanı olaraq kəşf edib, bu ədəbi janrın öncülü olaraq ədəbiyyat tarixindəki yerini çoxdan aldı.

Günümüz insanları meqapolislərdə toplanıb və həyatı çətin bir qaçaqaçın içində keçir. Gedən zamandan doğru istifadə etmək insanları zamanla yarışa məcbur qoyub. İnternet isə insanların vaxtını daha təsirli və yararlı istifadəsinə xidmət edən vasitəyə çevrilib. Beləliklə, iqtisadiyyatın, siyasətin məkanı olan internet eyni zamanda ədəbiyyatın və sənətin də məkanına çevrilib. Gününün böyük hissəsi nəqliyyatda, yollarda keçən insanların yüzlərcə səhifə romanı oxumağa vaxtı yoxdur. Sürət əsrində məsafələrin qısalması kimi ədəbi əsərlərin də qısalması lazımdır. Bu baxımdan sosial mediadakı sms və paylaşmalar çağdaş insan üçün iqtisadiyyatın, siyasətin, ədəbiyyatın mərkəzinə çevrilib. Bunu kəşf edən R.Məcid isə sosial media paylaşmalarını bir kitab olaraq çap etdirib ədəbiyyatda yeni janrın əsasını qoydu.

"Qələmsiz yazılanlar"ı Türkiyə türkcəsinə çevirərkən, ədəbiyyatda bu yeni janrın doğuluşunu maraqla izlədim. Bu baxımdan, içində yaşadığımız çağı və çağdaş insanların tələblərini hər birimizdən öncə görərək yeni ədəbi janr yaradan Rəşad Məcidi 55 yaşı münasibətilə təbrik edirəm. Kitab noyabrın 23-ü İstanbulda təqdim olunacaq. Dostları dəvət edirik!"

Qeyd edək ki, "Qələmsiz yazılanlar" silsiləsində müasir dövrün yaratdığı yeni janrda əsərləri cəmləşib. Çağdaş, dinamik zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan "Status-esselər" müəllifin çoxillik təcrübəsinin, müşahidələrinin, gündəmə iti, bir az ironik, bir az da yumoristik reaksiyasının əksidir. On ildən çox zaman kəsiyini əhatə edən və müəllifin bu müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur. Bu statuslarda şair Rəşad Məcidin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəmi izləyən və müəyyən mənada özü gündəm yaradan baş redaktor Rəşad Məcidin hadisələrə operativ münasibəti də... Eyni zamanda, aforizm səviyyəsində qəbul edilən fikirlər də bu silsilənin daha bir uğurudur. "Qələmsiz yazılanlar" həm bütöv bir xarakteri ifadə edən bitkin bioqrafik əsərdir, həm də on illik müddətdə ölkə gündəmindən keçən hadisələrin xronikası.

Silsilənin ikinci hissəsi olan "Sms-esselər" bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranır. "Sms-esselər"i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının qopuqları, parçaları da. İnsan ovqatının təzadlı məqamları - xoşbəxtlik, səadət, küskünlük, inciklik... "Sms-esselər"in ruhuna hopub. "Qələmsiz yazılanlar" birnəfəsə oxunsa da, hər cümlə, hər fikir xeyli düşündürür - qələm olmayan zamandan bu günə kimi bütöv insanlıq tarixi haqqında düşündürür.../525.az, Şahanə MÜŞFİQ /Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031