manera.az
manera.az

“Azərbaycan ədəbiyyatı antologiyası” təqdim olunub

“Azərbaycan ədəbiyyatı antologiyası” təqdim olunub
Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan ədəbiyyatı antologiyası (gənclər)” kitabı təqdim olunub

Tədbirdə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Sənət Birliyinın (İLESAM) rəhbəri Mehmet Nuri Parmaksız, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri və İLESAM-ın Azərbaycan nümayəndəsi Xəyal Rza, Türkiyə və İrandan olan qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Rəşad Məcid açıb. O bildirib ki, gənc qələm adamlarının əsərlərindən ibarət “Azərbaycan ədəbiyyatı antologiyası” İLESAM-ın Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı töhfəsidir:

“100 gənc Azərbaycan qələm adamının şeir və hekayələrinin yer aldığı kitab Türkiyədə nəşr olunub. Antologiyanı Fərid Hüseyn və Günel Şamilqızı hazırlayıblar. Hesab edirəm ki, bu kitab Azərbaycan ədəbiyyatının palitrasını kifayət qədər əks etdirir. Məncə antologiyada əsəri yer alan qələm adamları 10 il, 20 il sonra Azərbaycan ədəbiyyatını Türkiyə və başqa ölkələrdə layiqincə təmsil edəcəklər. Bu işə dəstək olduğu üçün İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksıza, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi Xəyal Rzaya təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu kitab bizim gənclər üçün çox böyük hədiyyədir”.

“Azərbaycan ədəbiyyatı antologiyası” təqdim olunub

Daha sonra İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksız çıxış edərək 100 azərbaycanlı şair və yazıçının Türkiyədə çap olunmasını yüksək qiymətləndirib:

“Bu bizim üçün, böyük işdir. Kitablar Türkiyədə kitab mağazalarına paylanılıb. Türk oxucular alıb oxuya biləcək, Azərbaycan qələm adamları ilə tanış olacaqlar. Mən öyrəndim ki, antologiyada qələm adamlarının hamısını əhatə olunmayıb, əsərləri kitaba salınmayan gənclər də var. Söz verirəm ki, 2019-cu ildə İLESAM bu gənclərin yaradıcılıqlarını da əhatə edən kitab çap edəcək. Bu cür kitabların çap olunması, bədii əsərlərin tərcümə olunması əslində türk dünyasının birlik və bərabərlik yolunda olması üçün atılan addımdır”.

Tədbir daha sonra bədii hissə ilə davam edib. /Aznews.az/
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930