manera.az
manera.az

"Apardığımız mübarizə effekt verir!"

"Apardığımız mübarizə effekt verir!"
Prezidentin çıxışı “reket jurnalistika” ya qarşı mübarizəmizə mənəvi dəstək oldu


2009-cu ildə "Korrupsiya və cəmiyyət" jurnalının baş redaktoru Azərbaycan Mətbuat Şurasını məhkəməyə vermişdi. Səbəb nəşrin adının MŞ-nin “Qara siyahı”sına daxil edilməsi idi. Təbii ki, rəyimizin tutarlı faktlara əsaslandığını isbat etdik, iddiaçıməhkəmədən məğlub çıxdı. Amma məhkəmə zalından təkcəjurnalının baş redaktoru Məmməd Həmidov deyil, biz də narazı çıxdıq. Çünki prosesin gedişində ortayaəlavə faktlarçıxmışdı. Biz həmin “yenifaktların” geniş araşdırılmasını istəsək də, “iddiamız aidiyyatı üzrə olmadığı üçün”, hakim onları qəbul etməmişdi.

Məmməd Həmidov özünün haqlı, yazdığı yazıların əsaslı olduğunu isbatlamaq üçün, məqaləsində tənqid hədəfi seçdiyi məmur haqqında “kompromatlar” gətirmişdi məhkəməyə. Deyirdi ki, “bu məmurun filan ayın filan saatında, filan nömrəli telefonla filankəslə danışığının səs yazısı var məndə”. Dinlədik. Səs yazısı iki məmur arasında, həm də idarəyə məxsus telefon xəttiylə aparılmış danışqdan ibarət idi. Əksər hissəsi vəzifə səlahiyyətlərindən irəli gələn xidməti məsələlər idi. MŞ təmsilçisi olaraq hakimə dedim ki, iki məmur arasında dövlət telefonu ilə aparılmış danışıq, bir jurnalistin əldə edə biləcəyi informasiya deyil,fərqli situasiyadır. Bir “jurnalistin” dövlət idarəsinə məxsus telefon xəttini “dinləmək imkanları” təhlükəszilik kontekstində araşdırılmalıdır...Təbii ki, həmin səs yazısı aidiyyatlı şəxslərin biri tərəfindən “jurnalistə” verilmişdi.

2010-cu ildə “Gündəlik Bakı” qəzetinin də adı MŞ-nin “reket nəşrlər” siyahısına daxil edildi. Qəzet deməyə dil dönmür. Tam bir “kompromat” siyahısı idi onların işi. Təhsil, səhiyyə sektorunda çalışanlara, biznes sahəsində fəaliyyət göstərənlərə, idarə, müəssisə rəhbərlərinə"potensial yem mənbəyi" kimi yanaşıb barələrində olmazın şantaj yazan, yayan, onları güvəncsiz qoyub dövlətə qarşı inamlarını sarsıdan bir şəbəkə var idi ortada. Dəfələrlə məhkəmə proseslərinə cəlb olunmalarına rəğmən, hansısa “sehrli əl” onları xilas edir, nə cəza alır, nə də cərimələnirdilər. Çünki şikayət edən tərəfi elə hallara salırdılar ki, adam "öz xoşu ilə"barışıq istəyirdi. Adamın anadan olduğu gündən məhkəməyə şikayət etdiyi günə qədər bütün bioqrafiyasını əhatə edən, kiminlə danışdığını, kiminlə görüşdüyünü, yemək yediyini, hansı telefonla hansı saatda danışdığını əks etdirən şəkilləri, səs yazılarını haradan və necə əldə edirdilər onlar? Rayon icra başçıları daxil olmaqla digər məsul şəxslərin, şirkət sahiblərinin, xüsusən, vəzifə başında olan xanımların hansı saatda, hansı telefonla kimlərlə danışdığını necə öyrənə bilirlər bu şəxslər? Konfedensial informasiyalara çıxışı necə əldə edirlər? Təbii ki, qulluq sahibi olan məmurlar haqqında informasiyaların toplandığı bir struktur var. Amma həmin strukturda toplanan informasiyalar bu “jurnalistlərə” necə çatır? Hansı xidmətinə, vəzifəsinə, intellektul səviyyəsinə görə verilir onlara bu informasiyalar? Yenə məntiq deyir ki, informasiyalar onlara çıxışı olan digər məmurlar tərəfindən ötürülüb.

Səbəbi çox gec bilindi. Bəlli oldu ki, bu şəxslərin MTN-in keçmiş rəhbərliyi tərəfindən təşkilatlandırılıb idarə olunublar. İnformasiya təminatı da öz yerində. Düzdür, o bədnam “jurnalistlər” də cəzalandırıldılar, onları təşkilatlandıran, kompromatlarla təmin edən “MTN-çilər” də.

Amma proses bununla bitdimi? Xeyir. 2015-ci ildə genişyazım olub ( https://news.milli.az/society/376938.html ). Hər şeyi açıq formada ifadə etmişəm. Dəfələrlə ictimailəşdirmişik bu problemləri. Televiziyalar müstəvisinə çıxıb, müzakirə açmışıq. "Korrupsiya və cəmiyyət" jurnalı gedib, “Gündəlik Bakı” qəzeti gedib, əvəzində onlarla yeni KİV qurumu, onlayn media vasitəsi yaranıb. Çünki, “reket jurnalistikanı” stimullaşdıran, onları maddi dəstəklə, kompromatlarla təmin edənlər sıradan çıxmayıblar. Açıq tekstlə demişik ki, medianın siyasiləşməsinin, kompromat savaşındaalətə çevrilməsinin səbəbləri bəlli olsa da, mürəkkəbdir. Belə “media quruluşlarının” yaşamasının, davamlı olmasının səbəblərindən biri bəlli mərkəzlər tərəfindən dəstək almalarıdır. Təəssüf ki, dəstəkçilər sırasında səlahiyyət sahibləri, “məmurlar” da var. İnternetin, sosial şəbəkələrin inkişafı bu sahədə qüsurların daha da artamsına rəvac verib. Peşəkar media müstəvisindən sıxışdırılıb çıxarılan “kompromatçılar” internet müstəvisində kök atıblar, rahat mühit tapıblar. Onlara qarşı sərt mübarizə aparmağın zamanı çatıb.

Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev oktyabrın 15-də keçirdiyi müşavirədə ölkənin inkişafı üçün aparılan islahatlara maneçilik törədən hallar barədə söz açdı, islahatların iqtidarda olan bəzi şəxslərin mənafeyinə toxunduğunu diqqətə çatdırdı. Dövlət başçısı həmin şəxslərin öz maraqlarını təmin etmək üçün mətbuatda qarayaxma kampaniyası apardıqlarını önə çəkdi.

Deməli, apardığımız mübarizə effekt verir. Məsələ ölkə rəhbərinin, Cənab Prezidentin diqqətindədir.Prezident İlham Əliyevin bu çıxışını, bilavasitə, “reket jurnalistika” ya qarşı mübarizəmizə mənəvi dəstək kimi qiymətləndiririk. İndi təkcə “reket jurnalistlər” deyil, onların havadarı olan məmurlar da hədəfdədirlər.

Müşfiq Ələsgərli,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930