manera.az
manera.az

Məmməd Arazın xatirəsi yad olunacaq

Məmməd Arazın xatirəsi yad olunacaq
Noyabrın 6-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.

Manera.az xəbər verir ki, Filarmoniya və “Mədəniyyət” kanalının birgə layihəsi əsasında reallaşacaq tədbirdə unudulmaz şairin həyat və yaradıcılığından danışılacaq, ədəbiyyatımızın inkişafındakı xidmətləri vurğulanacaq. Gecədə dirijor Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.

Qeyd edək ki, “Sevgi nəğməsi”, “Üç oğul atası”, “Araz axır”, “Mən səni taparam”, “Dünya düzəlmir”, “Daş harayı”, “Əsgər andı”, “Atamın kitabı” kimi bir sıra əsərlərin müəllifi olan Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. O, “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.

Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə “İstiqlal” ordeninə və Xalq şairi fəxri adına layiq görülən Məmməd Araz 2004-cü ildə Bakıda vəfat edib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930