manera.az
manera.az

Sevgi qalib gələ, sən uduzasan - ŞEİRLƏR

Sevgi qalib gələ, sən uduzasan - ŞEİRLƏR
Manera.az Allahşükür Ağanın şeirlərini təqdim edir:

Yaxşıdı

Həsrətimi yaxşı saxla,
Vüsalın məndə yaxşıdı.
Həqiqətin o kişidə,
Xəyalın məndə yaxşıdı.

Ağlayanda aşkar ağla,
Dolginən yaşa, ağıla,
Cavabını gizli saxla,
Sualın məndə yaxşıdı.

Gözəlliyin harda batdı?
Huşun özün başdan atdı,
Səni o kişi qocaltdı,
Qız, halın məndə yaxşıdı.

Eyləyəsən

Deyirəm, sevdiyin bir gözəl ola,
Hərdən yola salıb əl eyləyəsən.
Başdan ayağacan yol küçəsini
Çiçək eyləyəsən, gül eyləyəsən.

Eşqin dənizində itib azasan,
Sevgi qalib gələ, sən uduzasan,
Oturub bir dəftər məktub yazasan,
Durub saatlarla tel eyləyəsən.

Küləktək güdəsən qapılarını,
Yığasan belinə qışın qarını,
Uc-uca bağlayıb misralarını,
Burdan onlaracan yol eyləyəsən.

Qapı açaram işığa

Divara qurban olum,
Sirr yaşayır daşında.
Bir vaxt türmə divarıydı,
Müşfiq var yaddaşında.

Divarın o üzündə,
Adam gəzir gün işığı.
Bir çiçək boy atıbdı,
Boynunda sarmaşığı.

Suvağının altında,
Gizli şeirlər yazılıb.
Şipşirin arzuların,
Qəbri divarda qazılıb.

Əlimi sürtdüm divara,
Döndüm qərib aşığa.
Dırnağımla qazaram,
Qapı açaram işığa.

Oğlan qıza qız oğlana güzgüdü

Oğlan qıza qız oğlana güzgüdü,
Bir daş atsan oğlan gözün qırpacaq.
Qızın saçı dəli- dolu ürgədi,
Bu an özün dağ çiynindən atacaq.

Oğlan qıza qız oğlana güzgüdü,
Gözəl olur güzgülərdə adamlar.
Öz üzünə rəqs eləyir əlləri,
Düz dayanmır öz yerində ayaqlar.

Oğlan qıza qız oğlana güzgüdü,
Oynayırlar içlərində havaya.
Belə güzgü sevənlərin bəsidir,
Qoy girməsin başqa güzgü araya.

Bir gələydi biz tərəfə qara yaz
Şair Qulu Ağsəsə

Qulu Ağsəs, budur səndən diləyim,
Ağdam haqda bir şeir yaz, ara, yaz.
Qadan alım, o şeirin də adını,
Həm ürək yaz, həm sinə yaz, yara yaz.

Günəş gedər, ay dolanar Ağdama,
Baiskarın gözlərinə ağ dama.
İnnən belə köynək geyin ağ, dama,
İnnən belə qara ağla, qara yaz.

Əsir gedən qızlar indi qarıdı,
Ürəyimdə neçə arzum qarıdı,
Yağan qarlar hansı qışın qarıdı ?
Bir gələydi biz tərəfə qara yaz.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930