Telman Bayramoğlunun iki yeni romanı çap olundu
![]()
Yazar Telman Bayramoğlunun eyni vaxtda iki yeni romanı çap edilib. “Kimsəsizlərin intiharı” roman “Adiloğlu”nəşriyyatında, “Xəyanəti bağışlamayan kadın” romanı isə Türkiyənin “Kutlu yayın evi”ndə işıq üzü görüb.
Hər iki roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu gün cəmiyyətdə qadına qarşı mövcud olan şiddət, aşağılanma, haqsızlıq və digər məni halların geniş yayılmasına qarşı etiraz və mübarizlik ruhu romanların əsas ideyasını və qayəsini təşkil edir.