manera.az
manera.az

Şərif Ağayarın “Ağ göl” romanı çap olundu

📅 06.03.2018 13:05

Şərif Ağayarın “Ağ göl” romanı çap olundu

Yazıçı Şərif Ağayarın “Ağ göl” adlı yeni romanı işıq üzü görüb.

“Qanun” nəşriyyatında çap olunan kitab yaxın günlərdə şəhərin kitab mağazalarında olacaq.

Roman sirli əfsanələrlə zəngin olan Ağ gölün kənarındakı Pircahan qəsəbəsinin sakinlərindən bəhs edir. Əsərin qəhrəmanı tor toxumaqda və çəpər çəkməkdə yüksək məharəti olan Hörümçək ləqəbli Camal ata həm də təbiəti duymaq, onu hiss etmək bacarığına sahibdir. O, roman boyu bircə kəlmə danışmasa da həm insanlarla, həm təbiətlə, həm də oxucuyla çox asan dialoqa girir, içindən keçənləri onlara çatdırır.

Magik-realist üsluba yaxın tərzi ilə seçilən roman müəllifin yaradıcılığı üçün yeni hesab oluna bilər.

manera.az


Baxış sayı - 1 660 | Yüklənmə tarixi: 06.03.2018 13:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930