Nurəddin Ədiloğlunun tarixi romanı işıq üzü görüb

Yazıçı Nurəddin Ədiloğlunun “Taxt və Tabut” adlı tarixi romanı “OL” nəşriyyatında işıq üzü görüb.
Manera.az xəbər verir ki, romana türkologiya, folklorşünaslıq, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Füzüli Bayat ön söz yazmışdır.
Alimin qeyd etdiyi kimi, Azərbaycanda Əlisa Nicatın “Qızılbaşlar”, Fərman Kərimzadənin “Xudəfərin körpüsü”, Əzizə Cəfərzadənin “Bakı 1501” tarixi romanlardan sonra Şah İsmayıl haqqında yeni bir roman yazmaq təbii ki, çətindir.
“Taxt və tabut” romanı da Şah İsmayıl Yavuz Sultan Səlim münasibətinə həsr edilmişdir.
Tarixə sadiq qalmaq, dəyişik dinə, məzhəbə, irqə mənsub olan oxuyucuları incitməmək, əsərin bədiiliyini qoruya bilmək və s. bunlardan əsas olanlarıdır. “Taxt və tabut” romanında müəllif tarixi həqiqətlərə sadiq qalmışdır.
MANERA.AZ