manera.az
manera.az

Azərbaycan Türk Filmləri Həftəsində iştirak edəcək

📅 02.10.2018 11:02

Azərbaycan Türk Filmləri Həftəsində iştirak edəcək
Azərbaycan İstanbulda keçiriləcək Türk Filmləri Həftəsində iştirak edəcək.

MANERA.AZ Türkiyə KİV-inə istinadən xəbər verir ki, 10 ölkənin iştirak edəcəyi tədbirdə Azərbaycan “Qisas almadan ölmə” filmi ilə çıxış edəcək.

Ssenari müəllifi və rejissoru xalq artisti Oqtay Mir-Qasim olan bu ekran əsəri "Azərbaycanfilm" kinostudiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb.

Film "didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayır.

Tədbirin məqsədi kino sahəsində yeni istedadların açılması və bu sahədə peşəkarların əməkdaşlığının inkişaf etdirilməsidir.


Baxış sayı - 1 125 | Yüklənmə tarixi: 02.10.2018 11:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31