manera.az
manera.az

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb
Noyabrın 17-də IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanışı olub.

MANERA.AZ xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək, habelə tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqəti cəlb etmək olub.

Tədbirdə məlumat verilib ki, müsabiqə 5 kateqoriya – “Ölkə, region, şəhər”, “Mədəniyyət, ənənə”, “Reklam filmləri”, “Ekoturizm və digər turizm növləri”, “Televiziya məhsulları” üzrə aparılıb. Festivalın seçim komissiyasına 70 ölkədən 424 ekran əsəri təqdim edilib. Göndərilən filmlər sırasından 43 ölkədən 84 ekran işi müsabiqəyə qəbul olunub. Ölkəmiz bu festivalda “ölkə, region, şəhər” kateqoriyasında “Azərbaycan. Ecazkar diyar”, “Bakı. Əsrlərin aynasında”, “Azərbaycanın ruhu” və “Vulkanın nəfəsi” filmləri ilə təmsil olunub.

Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi mükafatlandırıb. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparıb.

Tədbirdə festivalın qalib ekran əsərləri mükafatlandırılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930