manera.az
manera.az

Qazaxıstanda Yazıçılar Forumu işə başlayıb

📅 05.09.2019 14:07

Qazaxıstanda Yazıçılar Forumu işə başlayıb
Sentyabrın 4-də Nur-Sultan şəhərində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin də iştirak etdiyi "Yazıçılar Forumu" işə başlayıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən Manera.az-a verilən xəbərə görə, "Birgə köklər, birgə dünyaya baxış, birgə sivilizasiya" devizi altında keçirilən birinci forumda Nobel laureatları da daxil olmaqla bir sıra məşhur yazıçılar iştirak edib.

Çıxışda Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Asiya ölkələri xalqların birliyini qorumaq üçün birləşməlidir. Eyni zamanda, prezident "Asiya nəhəngi" adlı ədəbiyyat mükafatını da təsis etməyə təklif edib.

Birinci dəfə keçirilən Forumda ədəbiyyatla bağlı müxtəlif məsələlərin müzakirə olunması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycandan bu Forumda Yazıçılar Birliyinin sədri Anar Rzayev, qurumun mətbuat katibi Xəyal Rza iştirak edir.

MANERA.AZ


Baxış sayı - 1 100 | Yüklənmə tarixi: 05.09.2019 14:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031