manera.az
manera.az

Avrasiya paytaxtlarının yazarları Nur-Sultana yığışır

📅 03.07.2019 10:16

Avrasiya paytaxtlarının yazarları Nur-Sultana yığışır
4-5 iyul tarixlərində qardaş Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Avrasiya paytaxtları Yazıçıları, Şair və Publisistlərinin I Xalqlararası Forumu” keçiriləcək.

Manera.az xəbər verir ki, forum iştirakçıları bu il “Dünya ədəbiyyatı: streotiplərdən arınmaq” ümumi mövzusu ətrafında fikir mübadiləsi aparacaq.

İyirmidən artıq ölkədən nümayəndənin qatılacağı forumda Azərbaycanı Atatürk Mər­kəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı təmsil edəcək.

Avrasiya paytaxtlarının yazarları Nur-Sultana yığışır
İlk dəfə düzənlənən forum Qazaxıstan Yazıçılar Birliyi ilə Nur-Sultan şəhər hakimliyinin təşkilatçılığı, digər uyğunprofilli qurum və quruluşların dəstəyi ilə Qazaxıstan paytaxtındakı Milli Muzeydə keçiriləcək.

Dünya şöhrətli qazax şairi Oljas Süleymenov da forumun fəxri qonaqları sırasındadır.

MANERA.AZ


Baxış sayı - 1 087 | Yüklənmə tarixi: 03.07.2019 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031