manera.az
manera.az

Bakıda Beynəlxalq Media Forumu keçirilir

📅 21.07.2018 15:19

Bakıda Beynəlxalq Media Forumu keçirilir
İyulun 21-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Beynəlxalq Media Forumu işə başlayıb.

MANERA.AZ xəbər verir ki, forum Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” media qrupu, Azərbaycan-Türkiyə Evi, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Avrasiya Jurnalistlər Dərnəyinin sədri Murad Palavar, Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan və digərləri çıxış ediblər.

Forumda Türkiyənin 40-dan çox jurnalisti iştirak edir.
Bakıda Beynəlxalq Media Forumu keçirilir
Bakıda Beynəlxalq Media Forumu keçirilir
Bakıda Beynəlxalq Media Forumu keçirilir


Baxış sayı - 1 258 | Yüklənmə tarixi: 21.07.2018 15:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031