manera.az
manera.az

Buker 2019-un qısa siyahısı: Salman Rüşdü, Elif Şafak

Buker 2019-un qısa siyahısı: Salman Rüşdü, Elif Şafak
Buker Mükafatı saytında 2019-cu il üçün qısa siyahı ictimaiyyətə təqdim olunub.

Manera.az xəbər verir ki, müəlliflər arasında dünya şöhrətli Salman Rüşdü (“Quichotte” romanı ilə) və Marqaret Ətvud (“The Testaments” əsəri ilə) da var.

Münsif üzvü Piter Florens qısa siyahıya daxil olan əsərlər haqqında belə söyləyib: “Möhtəşəm ədəbiyyat kimi bu kitablar da həyat doludur və insanlığı dərinliyinə qədər özündə əks etdirir”.

Buker mükafatı laureatlarının adı 14 oktyabr tarixində bəlli olacaq. Mükafatlandırma mərasimi Londonun Qildxoll Mərkəzində keçiriləcək.

Siyahıya daxil olan bütün müəlliflər 2500 funt sterlinq məbləğində pul ilə mükafatlandırırlacaqlar.

Qeyd edək ki, 2018-ci il Buker mükafatına irland yazıçısı Anna Berns “Südçü” romanı ilə layiq görülmüşdü./tərcümə: Günel Eyvazlı/

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31