manera.az
manera.az

“Kitab ətri” adlı sərgi təşkil edilib

📅 03.09.2019 22:55

 “Kitab ətri” adlı sərgi təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 4 nömrəli filialla birlikdə “Kitab ətri” adlı sərgi təşkil edib.

Mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Mütaliə oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi tələbatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir.

Açıq havada təşkil olunmuş sərgidə “Azərbaycan nağılları”, “Azərbaycan dastanları”, “Nağıllar aləminə səyahət”, “Dünya ədəbiyyatından incilər” və müxtəlif mövzularda uşaq kitabları sərgilənib.

Sərginin təşkil olunmasında əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirmək, vətənə sevgi, dostluq, düzgünlük kimi keyfiyyətləri aşılamaq və onları kitabxanaya cəlb etməkdir.


Baxış sayı - 958 | Yüklənmə tarixi: 03.09.2019 22:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930