manera.az
manera.az

Cəfər Cabbarlı haqda film çəkilir

📅 15.12.2018 15:33

Cəfər Cabbarlı haqda film çəkilir
ARB "Aranfilm" Yaradıcılıq Mərkəzi görkəmli dramaturq Cəfər Cabbarlının həyatından və istiqlalçı fəaliyyətindən bəhs edən filmin çəkilişlərinə başlayıb.

Manera.az xəbər verir ki, filmdə C. Cabbarlının Rusiya İmperiyası, Azərbaycan Cümhuriyyəti və Sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakı ekrana gətiriləcək.

Filmin rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, məsləhətçisi professor Asif Rüstəmli, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Filmdə Cəfər Cabbarlı rolunu aktyor Şəmistan Süleymanlı ifa edir.

Qeyd edək ki, filmin ədibin 120 illik yubileyi ərəfəsində təqdim olunması planlaşdırılır.

Cəfər Cabbarlı haqda film çəkilir
Cəfər Cabbarlı haqda film çəkilir

MANERA.AZ


Baxış sayı - 1 931 | Yüklənmə tarixi: 15.12.2018 15:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031