manera.az
manera.az

Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək

📅 29.07.2019 10:16

Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
Sentyabrın 19-20-də Azərbaycan İlahiyyat İnstitutu “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans keçirəcək.

İnstitutdan Manera.az-a bildirilib ki, konfrans Azərbaycan Respublikası Prezidentinin Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinin keçirilməsi haqqında 2019-cu il 10 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil ediləcək.
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
Konfrans Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, yaradıcılığında türkçülük ideologiyası, multikultural dəyərlərin tərənnümü, qadın azadlığı məsələləri, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentində fəaliyyəti, Difai təşkilatının yaradılmasında, Türkiyənin ictimai-siyasi həyatında rolu barədə mövzuları əhatə edəcək. Bununla yanaşı, Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının tədqiqi məsələləri müzakirə olunacaq.

İştirak etmək istəyənlər məqalələrini avqustun 31-dək

shamsbagirova@ait.edu.az shahinalesgerov@ait.edu.az elektron poçt ünvanlarına göndərə bilərlər.

Konfransın materialları kitab şəklində çap olunacaq.

MANERA.AZ


Baxış sayı - 1 093 | Yüklənmə tarixi: 29.07.2019 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031