manera.az
manera.az

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq

📅 10.04.2019 18:09

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq
Prezident İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Manera.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, 2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə gƏhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

MANERA.AZ


Baxış sayı - 1 439 | Yüklənmə tarixi: 10.04.2019 18:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930