manera.az
manera.az

Rəşad Məcidə həsr olunmuş kitab çapdan çıxıb

Rəşad Məcidə həsr olunmuş kitab çapdan çıxıb
Milli Mətbuat Günü ərəfəsində Əməkdar jurnalist Rəşad Məcidə həsr olunmuş məqalə, esse və şeirlərdən ibarət “Xasiyyət xoşbəxti” kitabı çapdan çıxıb.

Manera.az xəbər verir ki, kitabın başlıca özəlliklərindən biri burada Rəşad Məcid şəxsiyyətinin, onun yaradıcı portretinin hansısa müəllif mövqeyindən deyil, ayrı-ayrı çağdaşlarının baxış bucağından təqdim olunmasıdır.

Yazıçı-publisisti təqdim edənlərin əksəriyyəti onu istər şəxsi müstəvidə, istər ədəbi yaradıcılıq, istərsə də mətbu-ictimai fəaliyyət prosesində yaxından tanıyan, davamlı müşahidə edən, üstəlik, insan və söz sərrafı kimi sayılıb seçilənlərdir. Bu da Rəşad Məcid portretinin, onun insan və ədib obrazının son dərəcə gerçəyə yaxın, obyektiv alınmasını, bölüşülən fikirlərin, paylaşılan müşahidələrin dəqiqliyini və dürüstlüyünü təmin edir. Onun haqqında yazan müəlliflərin hər biri ədibin xasiyyəti, xarakteri barədə, bədii yaradıcılıq və qəzetçiliyi haqqında ümumi təsəvvürü yeni mühüm cizgiləri və qabarıq ştrixlərlə gücləndirir.

“Vektor” Beynəlxalq Nəşrlər Evində çap olunan “Xasiyyət xoşbəxti” kitabının redaktoru tərtibçisi tanınmış jurnalist Elşən Əliyevdir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930