manera.az
manera.az

Ankarada Rəşad Məcidin kitabının imza günü keçirilib

📅 13.02.2019 16:03

Ankarada Rəşad Məcidin kitabının imza günü keçirilib
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcidin Ankarada “Bir daha gəlməyəcək” şeirlər kitabının imza günü keçirilib.

Avrasiya Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşan imza günündə bu qurumun sədri Yaqub Öməroğlu, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) rəsmi təmsilçisi Elçin Qafarlı, Qırğızıstanın Xalq şairi və TÜRKSOY-dakı nümayəndəsi Kojogeldi Kuluyev, tanınmış Azərbaycan şair Vaqif Bəhmənli və Türkiyə ədəbiyyatının tanınmış simaları iştirak ediblər.
Ankarada Rəşad Məcidin kitabının imza günü keçirilib
Oxuculara hədiyyə olunan kitab Avrasiya Yazıçılar Birliyinin “Bengü” nəşriyyatı tərəfindən çap olunub. Kitabda şairin 250-dən artıq şeiri yer alıb.

MANERA.AZ


Baxış sayı - 1 254 | Yüklənmə tarixi: 13.02.2019 16:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930