Jurnalistlər poliqon təlimlərinə başlayıb - Fotolar
![]()
Müdafiə Nazirliyinin dəstəyilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt Jurnalistika Məktəbi"nin çöl-səhra-dağ təlimlərinə start verilib.
Manera.az xəbər verir ki, 20 nəfərin cəlb edildiyi təlimlər iyulun 22-dən 31-nə kimi davam edəcək.
Layihənin rəhbəri, "Dinc Dünya" Araşdırma Mərkəzinin sədri Əlisəfa Mehdiyev MANERA.AZ-a açıqlamasında hərbi mövzularda yazan jurnalistləri öz fəaliyyətlərində məsuliyyətli, dəqiq olmağa səsləyib.
Ə. Mehdiyev: "Müdafiə Nazirliyinin dəstəyi ilə KJM bu il də konfliklərdə və risklərdə davranma təlimlərini keçirir. Hazırda çöl, meşə, səngər təlimlərinə gəlmişik. Auditoriya mühazirələrindən sonra çöldə, meşədə, səngər yaxınlığında ekstremal situasiyalarda davranma təlimlərinə başlamışıq. Artıq beş ildir ki, təlimlər MN-nin bazasında keçirilir" - deyə diqqətə çatdırıb.
Bildirilib ki, builki təlimlər ötən illərdə icra olunmuş analoji layihədən onunla fərqlənir ki, jurnalistlər döyüş imitasiyalarında, çətin dağ-meşə keçidlərində, mürəkkəb coğrafi relyeflərdə tapşırıqları normativlər əsasında yerinə yetirəcək.
Təlimlər zamanı Azərbaycan ordusunun zabitləri, jurnalist Teymur Zahidoğlu, hərbi bloger Tofiq Şahmuradov, fotoqraf Vüqar İbadov gənc jurnalistlərə informasiyanın alınması, istehsalı, yayımı, müharibə və ya ekstremal vəziyyətlərdə davranış, işləmə, şəxsi təhlükəsizliyin qorunması haqqında əhatəli məlumat veriləcəklər.
Qeyd edək ki, təlim zamanı normativləri dəqiq yerinə yetirən və imtahanlarda müsbət nəticələr əldə edənlərə sertifikat veriləcək.
Azadə,
MANERA.AZ