manera.az
manera.az

Şahlar görmədiyi gün keçirmişəm... - MƏMMƏD ASLAN | MANERA.AZ

📅 23.09.2015 11:35

Şahlar görmədiyi gün keçirmişəm... - MƏMMƏD ASLAN | MANERA.AZ
/manera.az
Azərbaycan tanınmış şairi, əməkdar mədəniyyət işçisi Məmməd Aslan bu gün səhər saatlarında dünyasını dəyişib.

Allahdan mərhum şairə rəhmət diləyir, bir şeirini oxuculara təqdim edirik:

Palıd ocağında yanan közlərdim,
Murovu canımdan çox əzizlərdim
Axşamdan-səhərə sübhü gözlərdim,
Bir şeh damlasıtək yarpaq üstündə.

Dağdan-dağa qonmaq ömürlük peşəm,
Hər zirvə sirrinə aşiyan quşam,
Şahlar görmədiyi gün keçirmişəm,
Bir daxma altında, çardaq üstündə.

Bu, son gözgörüşü; bu, son nazlama,
İstər sızla könül, istər sızlama.
Səda verməz sazın, bir də sazlama,
Qismətin qalmadı bulaq üstündə...



Baxış sayı - 2 128 | Yüklənmə tarixi: 23.09.2015 11:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031