manera.az
manera.az

"Ulduz" jurnalının iyun sayı

📅 29.06.2019 18:19

"Ulduz" jurnalının iyun sayı
AYB-nin orqanı olan "Ulduz" jurnalının iyun sayı işıq üzü görüb.

Manera.az xəbər verir ki, Jurnalın iyun sayı Qəşəm Nəcəfzadənin "Ulduz”lu səhərlərə salam...” adlı ekspert yazısı ilə açılır. Adilə Nəzər "özüylə söhbəti...”ni və "Nəsimi yaradıcılığında dil və üslub təfəkkür vasitəsi kimi” yazısını təqdim edir.

"Şeir vaxtı”nda Tural Turan, Afaq Şıxlıdır. "Nəsr”də Taleh Mansur, Bahəddin Salman, Pərviz Axund və Zəka Vilayətoğlunun hekayələrini oxuya bilərsiniz. Fərid Hüseyn "Şər və Ab” yazısını təqdim edir.
"Ulduz" jurnalının iyun sayı
Bundan başqa, Emil Rasimoğlunun "Ağrılar sevdalısı”, Nizami Tağısoyun "Qloballaşma və ədəbiyyatımızın çağdaş durumu, "Söz” yarardıcılıq birliyinin təqdimatı yazılarını bu sayda oxuya bilərsiniz. Cəlal Məmmədov "Qısa fikirlər xəzinəsi”ndə dünyanın tanınmış dühalarının qısa fikirlərini təqdim edir.

"Tərcümə saatı”nda Zeynəb Əliqızı Vasili Şukşinin "İmtahan” hekayəsiylə görüşünüzə gəlib.

"Debüt”də Gülay Tahirlidir. "Tribuna”da Firuz Mustafa Salih Qurtuyevin ədəbi bioqrafiyasından söz açır. "Sorağı gəlməyən”lərin qonağı Agasəfadır.

"Dərgidə kitab”da "Yıxılmağı sevirdim” kitabıyla Furqandı.

Bu dəfə "Ulduz” "Ulduzlu nəşrlər” seriyasından Məmməd Məmmədlinin ispancadan tərcümə etdiyi "Ay işığı” hekayələr kitabını oxucularına hədiyyə edir.

MANERA.AZ


Baxış sayı - 1 151 | Yüklənmə tarixi: 29.06.2019 18:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031