manera.az
manera.az

Tanrı, qaytar mənə insanlığı!... | MANERA.AZ

Tanrı, qaytar mənə insanlığı!... | MANERA.AZ
Emin Akifoğlu


Arzularım dolandı
Kilsələrdə xaçlara.
Düyünlədi bəxtimi
Ulu tanrım saçlara.

Mən insanam
Xaç atası xaçına dolama məni..
Kor ərəb
saqqalına , saçına dolama məni..
Tanrı ,
kaş məni bölməyəydin
millətlərə , dillərə .
Məni qaytar o dünyasız illərə..

Mən insanam,
fəsillərə bölünmüşəm
İnsanlıqdan uzaq düşmüş
nəsillərə bölünmüşəm..
Azadlığım çərçivəsiz , sərhədsiz...
Ölkələrsiz , şəhərsiz
Top səsiylə oyanan səhərsiz...
Savaş -savaş qocalmışam
Şəhid-şəhid ucalmışam...
Sən demə alma boyda nəfsimi qan yuya bilərmiş tanrım
Deyəsən bu insanlar cənnətdən gülüşümü
duya bilirmiş tanrım ...

Günəş oldum doğuldum
Gecələr aya döndüm.
Gah lap həyasızlaşıb
Məcrasızlaşmağımla
Mənsəbsiz çaya döndüm.

Gah da dilsiz daş kimi
Çəpərlərə qatıldım.
Sonda məhbusluğumdan
Azadlığa satıldım.

Çərçivəyə sığmadım
Sərhədi keçdim artıq.
Əsir düşdüm dillərə
Azadlığın ömürlük
Suyundan içdim artıq.

Qaçdım bütdən , heykəldən
tanrıya əl açmadım.
Tanrı mənim içimdə
Mən tanrımdan qaçmadım.

Qaçdım bəndələrindən
İblis çıxdı önümə
İblislər çökür dedi.
Bütün pisliklər artıq
insanlığın məhvinə
Göz yaşı tökür dedi..

İnsan oğlu İblisi
ağlatmağı bilirmiş.
Sildim göz yaşlarını
Söyləsinlər ki , adam
qovuşub insanlığa
göz yaşları silirmiş.

Tanrı , öz adamına
Qaytar insanlığını.
Məhv elə yer üzündən
Tükənən insanlığın
Qəbiristanlığını.

Tanrı qaytar
Qaytar mənə insanlığı
Zülmətsiz
Qaytar mənə insanlığı
Cəhənnəmsiz , cənnətsiz..

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031