manera.az
manera.az

Xəyalə Sevilin yeni şeirlər kitabı təqdim olunacaq

📅 22.05.2019 18:04

Xəyalə Sevilin yeni şeirlər kitabı təqdim olunacaq
Xəyalə Sevilin yeni işıq üzü görmüş "SOLDAN BİRİNCİ KÜÇƏ" adlı şeirlər kitabının təqdimat mərasimi olacaq.

01 iyun 2019-cu ildə (Saat: 13:30) Azərbaycan Milli Kitabxanasının "Açıq Kitabxana" bölməsində AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc şairə Xəyalə Sevilin "Zirvə Tədris Mərkəzi"nin "ZirvəKitab" layihəsi çərçivəsində çap olunmuş yeni - "Soldan birinci küçə" şeirlər kitabının təqdimat və imza günü təşkil olunacaq.

Yazarın son illərdə yazılan şeirlərindən ibarət olan yeni kitabının redaktoru İntiqam Yaşardır.

Arzu edən hər kəs tədbirə dəvətlidir.

(Ünvan : Azərbaycan Milli Kitabxanası..."Sahil" metrosunun yaxınlığı...Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ilə üzbəüz)

MANERA.AZ


Baxış sayı - 1 454 | Yüklənmə tarixi: 22.05.2019 18:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930