manera.az
manera.az

Əzim Əzimzadənin xatirə muzeyinin açılışı olacaq

📅 27.04.2019 19:22

Əzim Əzimzadənin xatirə muzeyinin açılışı olacaq
Aprelin 29-da saat 12:00-da Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyinin açılışı keçiriləcək.

Manera.az xəbər verir ki, Dilarə Əliyeva küçəsi 157 ünvanında yerləşən muzeyin binası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin köməkliyi ilə yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib.

Qeyd edək ki, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərə açıb.

MANERA.AZ


Baxış sayı - 959 | Yüklənmə tarixi: 27.04.2019 19:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031