manera.az
manera.az

“Qadın gülərsə...” müsabiqəsinə yazı qəbulu başa çatıb

📅 13.03.2019 11:14

“Qadın gülərsə...” müsabiqəsinə yazı qəbulu başa çatıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Bəhailəri Dini Mərkəzi görkəmli Azərbaycan şairi Hüseyn Cavidin ölməz misralarından çıxış edərək “Qadın gülərsə...” adlı yazı müsabiqəsi elan edib.

Müsabiqəyə yazıların qəbulu martın 10-da bitib.

Müsabiqəyə ümumilikdə 68 yazı göndərilib. Hazırda göndərilən mətnlər ekspertlər qrupu tərəfindən qiymətləndirilir.

Qaliblər martın 19-da açıqlanacaq.

Xatırladaq ki, müsabiqənin mükafat fondu aşağıdakı kimidir:


Birinci yer (bir nəfər) – 500 azn
İkinci yer (bir nəfər) – 400 azn
Üçüncü yer (üç nəfər) – 200 azn


MANERA.AZ


Baxış sayı - 1 183 | Yüklənmə tarixi: 13.03.2019 11:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031