manera.az
manera.az

Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri müzakirə olunacaq

📅 11.03.2019 19:06

Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri müzakirə olunacaq
Novruz Bayramı münasibətilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu, TİKA Bakı Proqram Koordinatorluğu, Qeyri-Maddi Mədəni İrs Dərnəyi və Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA Folklor İnstitutunun birgə təşəbbüsü ilə 14 mart 2019-cu il tarixində, saat 10.00-da Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaq məqsədiylə “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçiriləcəkdir.

Açılış nitqini Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Bakı Yunus Emre İnstitutu Müdiri Dos. Cihan Özdemir edəcəkdir.

Çıxışlardan sonra söz məruzəçilərə veriləcək. UNESCO Türkiyə Milli Komissiyasının Başqanı, Ankara Hacı Bayram Vəli Universitetinin Türk Xalq Bilimi Kafedrasının Müdiri Prof. Öcal Oğuz “UNESCO-da ənənəvi idman növləri və oyunlar”, AMEA Folklor İnstitunun Direktoru Akdemik Muxtar İmanov "Xalq oyunlarında ritual-mifoloji kontekst", Dos. Ezgi Metin Basat “Kəndlərdə tətbiq olunan oyunlarla aktyor, tamaşaçı və məkan əlaqəsi”, AMEA Folklor İnstitunun Müasir Folklor Şöbəsinin Müdiri Prof. Füzuli Bayat “Oyunların fəlsəfi-mifoloji kökü, qadağalar və cəzalar”, Ankara Hacı Bayram Vəli Universitetinin Türk Xalq Bilimi Kafedrasının Arş. Gör. Zeynep Safiye Baki Nalcıoğlu "Türkiyədə ənənəvi oyunlar və onların tətbiqi”, AMEA Folklor İnstitutu Mərasim Folkloru Şöbəsinin Müdiri Dos. Ağaverdi Xəlil “Gözbağlıca oyunlarında inisiasiya və türk eposunun strukturu” adlı mövzularda çıxışlar edəcəklər.

Çıxışlar və dəyərləndirmələrdən sonra iştirakçılara təşəkkürnamələr təqdim olunacaq.

Nəzərinizə çatdırırıq ki, panel 14 mart 2019-cu il tarixində, saat 10.00-da, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında (2-ci mərtəbə) keçiriləcəkdir.

Həmin gün saat 16:00-da Türk Dünyası Bakı Atatürk Litseyində Qeyri-Maddi Mədəni İrs Dərnəyi və Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsünün mütəxəssisləri Tarkan Korkmaz, Bilge Tüzel və Meryem Özdemir tərəfindən xalq oyunlarının icra ediliş yolları müxtəlif vasitələrlə canlı nümayiş ediləcəkdir.


Baxış sayı - 1 286 | Yüklənmə tarixi: 11.03.2019 19:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031