manera.az
manera.az

Fransız heykəltəraşın Bakıda sərgisi açılacaq

📅 01.03.2019 14:04

Fransız heykəltəraşın Bakıda sərgisi açılacaq
Martın 15-də Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın "Zoospektiv və morfospektiv" adlı sərgisi açılacaq.

Manera.az xəbər verir ki, sərgidə müəllifin 40-dək əsəri nümayiş olunacaq.

Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır, buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.

Mauro Korda yaradıcılığında heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.

Sərgi sentyabrın 15-dək davam edəcək.

MANERA.AZ


Baxış sayı - 900 | Yüklənmə tarixi: 01.03.2019 14:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031