manera.az
manera.az

Bakıda məşhur qazax yazıçısının kitabı çıxdı

📅 24.02.2019 12:18

Bakıda məşhur qazax yazıçısının kitabı çıxdı
Qazaxıstanda məşhur qazax yazıçısı Sabit Dosanovun 80 illik yubileyi ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Manera.az xəbər verir ki, bu məqsədlə prezident Nursultan Nazarbayevin sərəncamı ilə Baş nazir Bakıtcan Saqındaevin başçılıq etdiyi dövlət komissiyası yaradılmış və bir milyon ABŞ dolları həcmində vəsait ayrılmışdır.

Yubiley tədbirləri Qazaxstandan başqa, Rusiyada, Fransada, Türkiyədə, Özbəkistanda, Azərbaycanda və Qırğızstanda da keçiriləcək.
Bakıda məşhur qazax yazıçısının kitabı çıxdı
Azərbaycanda tədbirlər Sabit Dosanovun "Qurdlar ulayan gecə” kitabının nəşri ilə başladı. Elçin Hüseynbəyli Elxan Zal Qaraxanlının Azərbaycan dilinə tərcümə etdiyi və ön söz yazdıqları kitaba müəllifin eyni adlı romanı və iki povesti daxildir. Bu Sabit Dosanovun Azərbaycanda nəşr olunan ikinci kitabıdır.

Sabit Dosanov qardaş qazax ədəbiyyatının ünlü simala­rın­­dan biri, qazax (türk) adət-ənənələrini öz əsərlərində ya­şa­­dan önəmli yazıçı-dramaturqdur. O, Qazaxıstanın xalq ya­­zıçısı, əməkdar elm xadimi, akademikdir. O Qazaxstan Respublikasının Dövlət mükafatı, M.Şoloxov, S.Yesinin, Ç.Aytmatov, V.Pikul, A.Delviq adına Beynəlxalq mükafatlar sahibidir. Əsərləri bir çox ölkələrdə dəfələrlə nəşr edilib. Sabit Dosanov Mahmud Kaşqari adına Beynəlxalq Fondun mükafat komissiyasının sədridir../artkaspi.az/

MANERA.AZ


Baxış sayı - 1 151 | Yüklənmə tarixi: 24.02.2019 12:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930