manera.az
manera.az

“Silahdaşlar” filmi ilk dəfə nümayiş olunub

📅 20.02.2019 11:44

“Silahdaşlar” filmi ilk dəfə nümayiş olunub
Fevralın 19-da “Salnaməfilm” studiyasında ekranlaşdırılan “Silahdaşlar” tammetrajlı sənədli filmi nümayiş olunub.

Manera.az xəbər verir ki, Nizami Kino Mərkəzində təqdim olunan filmin quruluşçu rejissoru Nizami Abbasdır.
“Silahdaşlar” filmi ilk dəfə nümayiş olunub
Ekran əsərinin ssenari müəllifi, Xalq artisti Ramiz Fətəliyev çıxış edərək filmlə bağlı fikirlərini bölüşüb, onun çəkilmə səbəblərindən danışıb. Bildirib ki, ekran əsəri 1990-cı il 20 yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir. O, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu bildirib. Filmin sözügedən mövzu ilə bilavasitə bağlı olduğunu deyən R.Fətəliyev, çəkilişdə zəhməti olan hər kəsə təşəkkür edib.

Sonra ekran əsəri nümayiş edilib.

MANERA.AZ


Baxış sayı - 905 | Yüklənmə tarixi: 20.02.2019 11:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031