manera.az
manera.az

Kənan Hacıdan yeni roman gəlir

📅 13.02.2019 17:50

Kənan Hacıdan yeni roman gəlir
Tanınmış yazıçı, şair Kənan Hacının "Sonuncu dərviş" romanı nəşr olunacaq.

Kitab "Xan" nəşriyyatında çap olunub, redaktoru Səbuhi Şahmursoydur.

"Gerçək roman" kimi təqdim olunan bu əsər müəllifin "Yaddaş kartı" romanının davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir.
Kənan Hacıdan yeni roman gəlir
Bu əsərdə təsvir olunan keçmiş elə dərvişanə həyatın sonu deməkdir. Beləcə, "Sonuncu dərviş"in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır... Bu, xanənişin həyatın, bir epoxanın sonudur."

Qeyd edək ki, martın 2-sinə təqdimatı planlaşdırılır.

MANERA.AZ


Baxış sayı - 1 342 | Yüklənmə tarixi: 13.02.2019 17:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031