Həm özüm yüklüyəm, həm qəlbim... - ŞEİRLƏR | MANERA.AZ

manera.az
Manera.az Aysel Abdullazadənin şeirlərini təqdim edir:
Qadınam mən!
Qadınam mən!
Bəzən dəniz fırtınası kimi coşğun,
Bəzən isə yağmurdan sonra çıxan göyqurşağı qədər səssiz.
Qadınam mən, incəyəm, zərifəm, məğruram!
Qadınlığım zərafətimdə gizlidir, nədənsə həmişə yorğunam.
Acılarım içimdə saxlıdır
Həyat sınağım kim bilir, bəlkə də, elə qadın olmağımdır.
Küsürəm həyatdan, insanlardan, yaşamaqdan
Ama çox çəkmir barışıram alışaraqdan.
Qadınam mən!
Duyğu yüklü gəminin limanına bənzərəm
Həm özüm yüklüyəm, həm qəlbim
Qaçaram dayanmadan sonsuzluğa,
Ovudaram ürəyimi acılarımla
durub ağlaram çıxılmaz məcrasızlığıma.
Qadınlıq onurum, şərəfim,
Önəmlidir qadın olaraq ləyaqətim
Kişilər kimi arxayın, rahat
qadağasız olmur əsarətim.
Qadınam mən!
Biraz uşaq, biraz gənc
Keçsə də illər, dolsam da yaşa
Içimdəki uşaqla qalıram baş-başa.
Qadınam mən!
Əsil yerişim, sadə duruşum var,
Danışanda ölçüm, şirin gülüşüm var.
Azadlıqla həmişə alış-verişim var....
Hüzün dolar içimə, tənha qalaram
Ürəyimdəki sızımla gecəni səhərə təhvil verib
Yuxusuz gözlərimi səssizcə yumaram.
Qadınam mən!
Biraz uşaq, biraz anayam
Qızıma baxanda özümü görən
Yaşamımı bəlkə də ona qurban verən
Anayam!
Məsum baxışında dünyalar yerləşən
Gözlərindən üzümə parlaq nur yansıdıb sakitləşən,
bəzən adiləşən
Amma arzusuna çatmayan qadınam-anayam mən!
Bir dünya düşünürəm!
Bir dünya düşünürəm!
olması gərəkən insanlardan ibarət.
Təbəssümlərin mənalandırılmadığı
Acı gerçəklərin bulunmadığı
Şirin həqiqətlərlə qaplanmış bir dünya...
Bədava gülüşlər, kiçik mutluluqlar
Düşlənmiş xəyallar, sol tərəfdə boy verən arzular
Sakitcə yuva qursaydı bu dünyada...
Tanımadan birinə gülümsəmək
Bir cüt gözə baxıb xəyallara dalmaq
Səni yüngül tanıtmasaydı məsələn...
Bir dünya ki, içərisində çərçivəsiz yaşam
Sərhədsiz həyat, ucsuz-bucaqsız xəyali alan
Dostlarla deyə-gülə əyləndiyimiz ortam
Qəbahət olmasaydı...
Sənə baxan gözlər zamansız güldüyün üçün
utandırmasaydı baxışlarını
Dodaqların bir-birindən ayrıldığı üçün
qınamasaydı dişlərini...
Bir dünya düşləyirəm!
Rüzgarında nəfəsimlə sevgi sözcüyünü
pıçıldayacağım
Mənim dünyam, mənə aid
Sənin olan, sənə aid
Hesabsız, açıqlaması olmayan
Sadəcə fərdə görə yaşanılan
bir dünya...
Gülümsəmələrin içtən gəldiyi
Buludlu bir səhərdə dışa vuran
Qəhqəhənin hesabı sorulmayan
Bir dünya düşləyirəm!
Köhnəlmiş xatirələr...
Sən gedəli dolaşıram yenə
adı bilinməyən küçələrdə...
Hasarlarına kölgən düşür,
asfaltında ayaq izlərin var
dar döngələrdə...
Günəş də eyni cür doğur
Yağış da həminki kimi yağır
arabir göy də eyni səslə guruldayır
Rüzgar yenə həzin-həzin titrədir bədənimi
təbiətin övladlarından fəqrli sevdiyim-Külək!
qoxunu gətirir arada burnuma...
Binalar arasında sıxışıb qalmış boş mənzilin
uğrayıram hərdən, hər köşəsində köhnəlik olan otağına
köhnə masanın üstündəki cırılmış vərəqlər
rəngi getmiş divarındakı köhnə rəsimlər
sənin keçmişinə qaytarır məni...
Evdən çıxmadan son yandırdığın siqaretin kökü
qalır hələ də, köhnə saralmış külqabında
dağınıq yatağın və baş ucundakı bir stəkan su
səni andırır saralmış şəffaflığında...
Eyvanında yuva qurmuş sülh quşları
hər il bala çıxarır yumartalarından
qanad çalıb uçamağı
ilk bu evdə öyənir
uçuq eyvanın qaralmış dəmir barmaqlıqlarından.
Hər həftə baş çəkirəm beləcə
Səni məndə yaşadan xatirələrinə...
Baxış bucağı...
Nə qədər dayazdır, nə qədər dərin
Görə bildiyin qədərdir hisslərin.
Nə qədər görərsənsə, onu yaşayarsan
Sərhədlərin haradırsa, yaşamın da ora qədərdir.
Keçə bilməzsən sınırları
Görə bilməzsən ondan sonrasını,
Daha ötəsini...
Yaşayamazsan dərinliyini
Dayazlarla kiçildərsən həyatını
Böyüdükcə baxış bucağının dərəcəsi artar,
Ya azalar...
Sınırları özün bəlirlə, ora sənindir
İstər artır, istər kiçilt,
Heç nə görmə, kiçilmişlərlə yaşa,
Daha dərinə varma...
Dünyan sənin baxa bildiyin qədərdir
Yaşantın yaşamağı bacardığın ölçüdə...
Görüb duyduqların genişlətməli baxış bucağını
Pəncərə çərçivəsi qədər dar olmamalı
Daha böyük, daha sərbəst, daha sınırsız...
Dünyaya açılacaq qədər azad,
Səni boğmayacaq qədər anlamlı
Təlatümsüz, basqısız olmalı...
Gördüyün, hər kəsin görə bildiyidir
Daha ötəsi yox mu?!
Var əlbəttə, sən görməyə qısıtlısan.
Təkcə insan olduğunu görərsən, məsələn
Varlığın içində bulunanları sezə bilməzsən.
Uşağı görərsən, daxilindəki böyük insanı deyil
Kişini görərsən, içindəki adamı deyil
Fahişəni görərsən, bir zaman məsum qadınlığını deyil...
Çox şey görüb, az dərk edər
Dünyanı bu qədər zənn edərsən.
Qısıtlı yaşam sənin seçimindir
Həyatını çərçivələyən,
Və quru bir divardan asan sənsən...
Aç pəncərəni, bax bütün kainata
Sındır tabularını, əz, keç sınırları
Tam şəkildə gör,
Bütövlüklə bax həyata.
Sevgini dad, gülümsə,
İnsanları yarqılamadan dinlə
Həyat daha gözəl görünəcək gözünə...
Böyüt bucağını, dəyiş baxışını
Daha dərindən yaşa,
Qalib ol, qazan savaşını...
MANERA.AZ