manera.az
manera.az

Bakıda Şain Sinarianın imza günü keçirilib

📅 12.02.2019 12:41

Bakıda Şain Sinarianın imza günü keçirilib
Bakıda Fransada yaşayan həmyerlimiz, yazıçı Şain Sinarianın "İvon Bottonun arzuladığı həyat” sənədli-bədii romanının Azərbaycan və fransız dillərində təqdimatı keçirilib.

Romanda öz cəsarəti, azərbaycanlı əsgərə olan sevgisinə görə doğma vətəni Fransanı tərk edib İmişlidə yaşamağa qərar verən İvon Bottonun keşməkeşli, insan düşüncələrinin fövqündə dayanan həyatından bəhs edilir. Bu kitab Azərbaycanda populyar əsərlərdən sayılır.
Bakıda Şain Sinarianın imza günü keçirilib
Tədbirdə bildirilib ki, Ş.Sinaria kitab üzərində uzun müddət işləyib, qəhrəmanının həyat hekayəsini bir aya yaxın müddətdə onun evində qalaraq özündən dinləyib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, kitab hər iki ölkədə böyük rezonansa səbəb olub, həm müsbət, həm də mənfi reaksiyalarla qarşılaşıb, hətta bəzi oxucular bu hadisələrin yalan, şişirtmə olduğuna inandığını vurğulayıb. Həqiqət isə odur ki, bu, nə nağıldır, nə də əfsanə. Bu, cəmi bir il öncəyə kimi yaşayan bir qadının gerçək taleyidir. O qadın ki, həm sevgilidir, həm həyat yoldaşı, həm ana, həm nənə, həm də iki ölkənin vətəndaşı.
Bakıda Şain Sinarianın imza günü keçirilib
Çıxışlardan sonra müəllif qonaqlar üçün kitabını imzalayıb.

MANERA.AZ


Baxış sayı - 863 | Yüklənmə tarixi: 12.02.2019 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031