manera.az
manera.az

İstanbulda “Mübariz” romanının imza günü keçirilib

📅 12.11.2018 11:41

İstanbulda “Mübariz” romanının imza günü keçirilib
İstanbulda keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan "Mübariz” romanının imza günü keçirilib.

Manera.az xəbər verir ki, imza günü sərgidə fəaliyyət göstərən Azərbaycan bölməsində təşkil olunub.

Türkiyəli yazıçı Yurtsevən Şən tərəfindən qələmə alınan əsər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi "Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinin tərəfdaşı olan "Zəngin yayıncılıq” nəşriyyatında çap olunub.

Əsərdə Mübariz İbrahimovun həyatı real hadisələr əsasında yüksək bədii peşəkarlıqla işıqlandırılıb.

Romanın Türkiyədə böyük rəğbət qazanmasının əsas səbəblərindən biri xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun qardaş ölkədə tanınması və A
zərbaycan şəhidinə göstərilən sonsuz ehtiramdır.

MANERA.AZ


Baxış sayı - 998 | Yüklənmə tarixi: 12.11.2018 11:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031