manera.az
manera.az

Puşkinin ölümü araşdırılacaq

📅 10.02.2019 16:23

Puşkinin ölümü araşdırılacaq
Leninqrad vilayəti parlamentinin deputatı Vladimir Petrov Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkindən 1837-ci ildə duel zamanı həlak olmuş Aleksandr Puşkinin ölümünün təfərrüatlarını araşdırmağı xahiş edib.

Manera.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, deputatın fikrincə, Puşkinin bir çox müasirləri faciədən xəbər tutduqda onun ölümünün təsadüfən baş vermədiyi fikrini səsləndiriblər. "Şairi yaxından tanıyan şəxslər hətta onun qəsdən öldürülə biləcəyi ehtimalını ortaya atıblar”, - deyə deputat bildirib.

Qeyd edək ki, Aleksandr Sergeyeviç Puşkin 1837-ci il fevralın 10-da Sankt-Peterburq şəhərində Danteslə duel zamanı ölümcül güllə yarasından həyatını itirib. Şair Pskov quberniyasının Svyatoqorsk məzarlığında basdırılıb.

MANERA.AZ


Baxış sayı - 1 687 | Yüklənmə tarixi: 10.02.2019 16:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930