manera.az
manera.az

Əməkdar artistimiz Sankt-Peterburq səhnəsində

📅 10.10.2018 11:45

Əməkdar artistimiz Sankt-Peterburq səhnəsində
Oktyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Adolf Adanın “Korsar” baleti nümayiş etdiriləcək.

MANERA.AZ xəbər verir ki, “Mariya-2” səhnəsində təqdim olunacaq baletdə Əlinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Korsar” baletinin 1863-cü ildə Mariya Teatrında Marius Petipanin xoreoqrafiyasında, 1987-ci ildə S.M.Kirov adına Opera və Balet Teatrında (indiki Mariya Teatrı) Pyotr Qusevin redaktəsində premyeraları olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.


Baxış sayı - 1 171 | Yüklənmə tarixi: 10.10.2018 11:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031