manera.az
manera.az

Puşkin öz ruhunu Dantesin qızına ötürüb | MANERA.AZ

Puşkin öz ruhunu Dantesin qızına ötürüb | MANERA.AZ
Qapı döyüldü. Leoniya açmağa tələsməyib barmaqlarının ucunda qulağını palıddan düzəldilən qapıya söykəyib dinşədi. Atası Jorj Dantesin qalın səsi guruldadı:

- Leoniya, aç qapını...sənə deyirəm, aç qapını...bu dəqiqə aç...gedək saraya...
Leoniya qorxa-qorxa arxaya çəkilib qışqırdı:

- Sən qatilsən...sən Puşkini öldürmüsən...

Dantes yumruqları ilə qapını sındırıb içəri girdi:

- Gedək saraya...hamı deyir ki, qızın dəli olub...

-Mən dəli olmamışam...1837-ci ilin yanvarında dəli sən olmuşdun...sən onu öldürdün...

Dantesin onun qolundan tutub sürüməsi qızın boğazında çoxdan düyümlənən qəhərinin yolunu açdı... boğuq qışqırıq eşidildi...Bu evə yaxın qonşuların səs-küyə yığışmalarını görən Jorj faytona minib oradan uzaqlaşdı.

Faytonçuya “sür” əmrini verən gur saqqallı bu kişi bilməzdi ki, Puşkinin lənəti onun doğma qızı Leoniya-Şarlottanı haqlayacaq.

Ekaterina Qonçarova öləndə Leoniyanın 3 yaşı vardı. O, Puşkinin baldızı idi. Dantes Puşkini dueldə öldürməzdən əvvəl onunla evlənmişdi.

Şairi öldürəndən sonra qatili Fransaya sürgün etdilər. Həmin ölkəyə gedəndən sonra Dantes və Yekaterina Sults şəhərində məskən saldılar. Onların 3 qızı doğuldu. Sonuncu qızdan sonra Yekaterina Qonçarovanın günü daha da pisləşdi. Dantes var-dövlətinin varisi kimi oğlanın doğulmasını arzulayırdı. Və bundan sonra qərib yerdə olan Yekaterinanın əzabları daha da artdı. O, əri tərəfindən hər gün təhqir olunur, evin bütün işlərini görməyə məcbur qalırdı. 1843-cü ildə Yekaterina 32 yaşında gözlərini əbədilik yumdu. Uşaqları isə Dantesin bacısı Adel böyütdü.

Dantes karyera yollarında irəlilədi. Sults şəhərinin meri seçildi. Sonra Fransanın Milli Məclisinə deputat seçkisində qalib gəldi. Biznes qurdu, yüksəksəviyyəli əlaqələri yarandı. 1837-ci ilin qışında baş verən hadisənin isə karyerasına maneçiliyi olmadı.

Yalnız bir insan həmin yanvar gününü ona tez-tez xatırlatdı...Qızı Leoniya-Şarlotta...

Gənc Leoniya Puşkinin rəsmini divardan asıb ona xaç çevirərmiş. O, şairi Tanrı hesab edib hər gün qarşısında dua edərmiş. Onun qətlə yetirilməsində atası ilə illərlə küsülü qalıb. Anası Yekaterinanın ölümündən sonra Leoniya rus dilini təmiz öyrənib, Puşkinin bütün kitablarını əldə edib...onunla yatıb, onunla durub...

Qatil Dantesə həmin dueli unutmağa imkan verməyən qızının ardıcıl ittihamları olub. Dantes yatarkən qız qəsdən uca səslə Puşkinin şeirlərini səsləndirər, onun sətirlərinə mahnı qoşarmış. Jorj yuxudan öz qurbanının səsinə oyanıb qışqırar, qızını döymək üçün dalınca qaçarmış. Leoniya otağına çəkilib qapını arxadan bağlayar, oradan yenə mahnı oxuyarmış.

Bir müddət sonra qız şəhər kənarında bir daxmaya gedir və orada tək-tənha yaşayır. Atasına hələ də sirr kimi qalırdı ki, fransız qızında rus şairinə belə möhtəşəm sevgi haradan yarana bilər? Axı, anası onu 3 yaşında ikən tərk etmişdi? Sonralar cadugərlər Dantesə bunun lənət olduğunu deyiblər: “Bu, öldürdüyün Puşkinin lənətidir”.

Markiza adlı bir cadugərsə qulağına pıçıldayıb ki, “Puşkinin ruhu Leoniyada təcəlla tapıb”.

Ancaq Leoniyanın ağır günləri qarşıda idi.

Hansı səbəbdənsə Leoniya psixiatriya klinikasına düşür. Bunu iki qütbdə izah edirlər. Qızın öz atasının günahını bağışlaya bilməməsi səbəbindən getdikcə əsəblərininin pozulması. İkinci ehtimal ondan ibarətdir ki, Dantes onu bu klinikaya qəsdən saldırıb ki, haqqında yayılan söz-söhbətin qarşısını alsın, ağızları bağlasın.
Amma bütün bunlara baxmayaraq adamlar qıza dəymək üçün klinikaya gediblər. O illərin şahidləri xatirələrində yazır ki, Leoniyanın çarpayısı Puşkinin kitabları ilə dolu olarmış. Hətta hardansa kömür tapıb şairin müxtəlif əsərlərindən cümlələri palatanın divarına yazırmış.
Leoniya 48 yaşında elə orada vəfat edib. Onun dəfnetmə mərasiminə neçəminlik izdiham qatılıb. Öləndə isə həkimlərə deyib: “Atamı lənətləyirəm...Onu Puşkinin ruhu ilə lənətləyirəm”.

Jorj Dantes isə ömrünün sonuna qədər həmin qarlı qış gününü unutmadı.

Puşkinin dekabristlərin üsyanına gedərkən qarşısından dovşan keçməsini də unutmamışdı. Ona bunu şairlərdən biri danışmışdı. Bunu pis əlamət hesab edən Puşkin geri dönübmüş. Həmin gün onlarla dekabrist qanına qəltan edilmiş, həbsxanalar gənc inqilabçılarla dolubmuş. Puşkin bir dovşana görə xilas olmuşdu.

Amma bilməzdi ki, gizli tapşırıq alan Dantes adlı alçaq fransız onun həyatını yarıda qoyacaq.

Buna görə də qisas almaq üçün öz ruhunu Leoniyaya ötürdü. Bu, neçə illərdən sonra sakit günlərin birində baş verdi:

“Ruhum səninlə olsun, qızım”.

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI