manera.az
manera.az

Camal Əliyev Ankarada konsert verib

📅 09.02.2019 19:59

Camal Əliyev Ankarada konsert verib
Tanınmış violonçel ifaçısı Camal Əliyev Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin salonunda geniş konsert proqramı ilə çıxış edib.

Manera.az xəbər verir ki, həmyerlimizin konsertində bu ölkənin bir sıra rəsmi şəxsləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, habelə tanınmış şəxslər iştirak ediblər.

Konserti Tomas Karrolun dirijorluğu ilə Prezident Administrasiyasının Simfonik Orkestri müşayiət edib.

C.Əliyevin peşəkar ifaçılığı iki gün təqdim edilən konserti maraqlı edib, musiqili gecə coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Camal Əliyev indiyədək Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlərlə çıxış edib.

MANERA.AZ


Baxış sayı - 777 | Yüklənmə tarixi: 09.02.2019 19:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031