manera.az
manera.az

Həmyerlimiz Londonda konsert verəcək

📅 16.11.2017 11:08

Həmyerlimiz Londonda konsert verəcək
Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev noyabrın 22-də Londonda “22 Mansfield Street” incəsənət evində konsert proqramı ilə çıxış edəcək.

MANERA.AZ xəbər verir ki, konsertdə N.Paqanini və F.Şopenin əsərləri səsləndiriləcək. C.Əliyevi fortepianoda Ceyms Kolman müşayiət edəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. İfaçı bu ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb. Həmçinin Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.


Baxış sayı - 1 154 | Yüklənmə tarixi: 16.11.2017 11:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031