manera.az
manera.az

Kitabxanada uşaqlar üçün “Nağıl saatı” təşkil edilib

📅 06.02.2019 12:59

Kitabxanada uşaqlar üçün “Nağıl saatı” təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasında kiçik yaşlı oxucular üçün “Nağıl saatı” təşkil edilib.

Baş İdarədən MANERA.AZ-a bildirilib ki, “Nağıl saatı”nda uşaqlar “Siçan və pişik” cizgi filmini böyük maraqla izləyiblər. Daha sonra öz sevimli cizgi film qəhrəmanları haqqında suallara cavab veriblər.

Uşaqlar arasında, həmçinin “Mən hansı kitabı sevirəm” mövzusunda sosioloji sorğu keçirilib. Sorğuda iştirak edən uşaqlara kitabxana tərəfindən hədiyyələr təqdim edilib.


Baxış sayı - 2 136 | Yüklənmə tarixi: 06.02.2019 12:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930