manera.az
manera.az

Uşaqlar üçün nağıl müsabiqəsi elan edilib

Uşaqlar üçün nağıl müsabiqəsi elan edilib
Bakıda uşaqlar üçün nağıl müsabiqəsi elan edilib.

Təşkilatçılardan Manera.az-a verilən məlumata görə, müsabiqədə 6-10 yaş arası uşaqlar iştirak edə bilərlər. Nağıllar üçün mövzu məhdudiyyəti yoxdur, sehrli nağıllarla bərabər, həqiqətdə baş vermiş maraqlı və şən uşaq hekayələri da qəbul olunur.

Müsabiqəyə təqdim olunan nağıl və ya hekayə uşağın öz xəyalının, fantaziyasının məhsulu olmalı, böyüklər tərəfindən redaktə edilməməlidir. Köçürülmə və bənzətmə nağıllar müsabiqəyə buraxılmır..

Yazıların həcmi 250 sözdən çox olmamalı, həm də əvvəllər heç yerdə dərc edilməməlidir. Nağılın sonunda müəllifin adı, soyadı, yaşı, oxuduğu məktəb, sinif qeyd edilməlidir.

Yazılar (Word proqramında) müəllifin şəkli (keyfiyyətli və jpg formatında) ilə birlikdə 2018-ci il sentyabrın 10-na kimi “Müasir uşaq nağılları” səhifəsinin “İnbox”na göndərilməlidir. https://www.facebook.com/muasir.usaq.nagillari

Müsabiqənin şərtinə cavab verən nağıllar “Müasir uşaq nağılları” səhifəsində yerləşdiriləcək və qaliblər münsiflər heyəti tərəfindən seçiləcək. Əlavə olaraq, oxucular tərəfindən ən çox bəyənilən 3 yazının müəllifinə həvəsləndirici mükafatlar veriləcək. Nəticələr sentyabr ayının sonunda elan ediləcək.

Qaliblərə tanınmış uşaq yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin nağıl kitabları hədiyyə ediləcək:

I yer – “Müasir nağıllar” kitab dəsti;
II yer – “Sehrli planşet”, “Qızıl balıq”, “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları;
III yer – “Qızıl balıq”, “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları;
3 həvəsləndirici yer – “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları.

Müsabiqədən sonra, uşaqların müəlliflik hüquqları qorunmaqla nağılların toplu halında çap etdirilməsi üçün imkanlar axtarılacaq../modern.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031