manera.az
manera.az

Asəf Zeynallının 110 illiyi qeyd olunub

📅 27.01.2019 12:17

Asəf Zeynallının 110 illiyi qeyd olunub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində bəstəkar Asəf Zeynallının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığından söhbət açılıb.

Bildirilib ki, Asəf Zeynallı 23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz iz qoyub. Musiqi tariximizdə ilk romans janrının yaranması onun adı ilə bağlıdır. O, həmçinin Cəfər Cabbarlının “Sevil”, “Qayıdış” və bir sıra başqa tamaşalara musiqi bəstələyib. Görkəmli bəstəkar “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. O, həmçinin bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.
Asəf Zeynallının 110 illiyi qeyd olunub
Daha sonra şagirdlərin ifasında bəstəkarın əsərləri səsləndirilib, həyatından bəhs edən videoçarx nümayiş olunub.

MANERA.AZ


Baxış sayı - 804 | Yüklənmə tarixi: 27.01.2019 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930