manera.az
manera.az

Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi

📅 24.04.2018 17:07

Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi
Lənkəran Dövlət Universitetində (LDU) görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi gecəsi keçirilib.

MANERA.AZ xəbər verir ki, Lənkəran Dövlət Humanitar Kolleci ilə birgə keçirilən tədbiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.

Ölkə başçısı İlham Əliyevin görkəmli bəstəkar haqqında dediyi ”Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və umumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə böyük şöhrət gətirməklə yanaşı , Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir”sözlərini xatırladan Natiq İbrahimov dünya şöhrətli bəstəkarın zəngin və təkrarsız irsi barədə geniş söz açıb, Qara Qarayev musiqisinin heç vaxt dəyərdən düşmədiyini , bütün dünyada klassik musiqi həvəskarlarını valeh etdiyini bildirib.

Lənkəran Humanitar Kollecinin direktoru , dosent Ruslan Həmidov, kollecin incəsənət və musiqi bölməsinin müdiri Fikrət Kərimov çıxışlarında dahi bəstəkarın yaradıcılığının təkrarsız gözəlliyindən, zəngin irsindən, fəal vətəndaş mövqeyindən söz açıblar.Bəstəkarın həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Sonra söz canlı musiqiyə verilib.Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında Qara Qarayevin “İldırımlı yollarla”, Yeddi gözəl” baletlərindən fraqmentlər, musiqi əsərlərindən parçalar, mahnılar ifa olunub.
Musiqi gecəsi birləşmiş xorun ifasında vətənpərvərlik mövzusunda mahnı ilə yekunlaşıb.

Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi
Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi


Baxış sayı - 1 498 | Yüklənmə tarixi: 24.04.2018 17:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031