manera.az
manera.az

İradə Aytelin yeni kitabı işıq üzü görüb

📅 11.01.2019 10:36

İradə Aytelin yeni kitabı işıq üzü görüb
Bu yaxınlarda yazıçı-şair, publisist,AYB, AJBvə UASB-nin üzvü İradə Aytelin yeni kitabı işıq üzü görüb.

Kitab müəllifin müxtəlif illərdə qələmə aldığıAzərbaycan Vətən Müharibəsi zamanı Şəmkir rayonunun Seyfəli kəndindən könüllü olaraq döyüşə atılan Şəhid oğullarımızın fədakarlıqlarından bəhs edən publisistik yazılardan ibarətdir.

"Elm və Təhsil” nəşriyyatında (Bakı-2019) çap olunan "Seyfəli şəhidləri” kitabının redaktoru Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Gəncə şəhər təşkilatının sədri Bəyanət Qasımov, üz qabığının müəllifi rəssam Nəvai Metindir.

KitabTürkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinindəstəyi ilə çapa hazırlanmışdır.

Bundan əvvəl müəllifin "Sevgidən doğulan işıq” (şeirlər), "Bir cüt qızılgül” (sənədli roman), "Çiçək açan dərdlərim” (şeirlər), "İkimizin bir evimiz varıydı” (şeirlər), "Partizanın acı həqiqətləri” (sənədli roman), "Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), "Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), "Qanlı öpüşlər” (hekayələr) kitabları işıq üzü görmüşdür.

MANERA.AZ


Baxış sayı - 1 048 | Yüklənmə tarixi: 11.01.2019 10:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930