manera.az
manera.az

“Üçüncü günün adamı” filmi beynəlxalq festivalda

📅 06.01.2019 13:05

“Üçüncü günün adamı” filmi beynəlxalq festivalda
“Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci “Sofia Menar” beynəlxalq film festivalına dəvət alıb.

Manera.az-a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, film yanvarın 16-da Azərbaycana həsr olunmuş rəsmi gecədə nümayiş olunacaq.

Kinostudiya tərəfindən Babək Şirinsifətin rejissorluğu ilə çəkilən ekran əsərinin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev və başqaları canlandırıblar.

MANERA.AZ


Baxış sayı - 1 385 | Yüklənmə tarixi: 06.01.2019 13:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930